“Ərbəkan Ərdoğandan başqa siyasi liderlərin hamısı Gülənlə “iyi keçişdi” -YILDIRIMDAN "SKANDAL" SÖZLƏR

  • Müəllif: admin
  • 12 İyul 2017 21:21

binali_yildirim__121016

“Siyasi liderlərin hamısı “FETÖ” ilə, Gülənlə yaxşı münasibətlərdən yana oldular…”

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, müxalifətin, xüsusilə, “ana müxalifət”-in “FETÖ-nün siyasi ayağı” ilə bağlı ittiham-tələblərinin əsası yoxdur

O, deyib ki, araşdırmalarda “FETÖ-nün siyasi ayağı” müəyyən edilmədi.

“FETÖ” ilə iki siyasətçi mübarizə apardı: biri rəhmətlik Nəcməddin Ərkəbakan, digəri isə Rəcəb Tayyib Ərdoğan və AKP. Digər siyasi liderlər hamısı “FETÖ” ilə “iyi keçişdi”-deyə, baş nazir sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info