FETÖ-nün 14 milyardlıq əmlakı dövlətin balansına keçdi

  • Müəllif: admin
  • 19 İyul 2017 12:25
1383730231fethullah-gulen
FETÖ terror  təşkilatına məxsus 14 milyard dollarlıq (48,5 milyard türk lirəsi) əmlakı dövlət hesabına keçirilib.
Türkiyə Ədliyyə nazirliyinin rəhbərliyi  ilə FETÖ terror təşkilatının maliyyə qaynaqlarının araşdırılamsı ilə bağlı toplantı keçirilib.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, toplantının məqsədi  FETÖ-yə məxsus maliyyə qaynaqlarını araşdıraraq, onu aradan qaldırmaq olub. Ədliyyə naziri Bəkir Bozdağın rəhbərliyi ilə həyata keçirilən toplantıda ümumilikdə 48,5 milyard  Türk lirəsi( təxminən 14 milyard ABŞ dolları)  müəyyən edilərək dövlətə keçirilib.  Nazir deyib ki, FETÖ-yə qarşı effektli mübarizənin aparılmasının ən yaxşı yolu, onların maliyyə qaynaqlarının dayandırılmasıdır: “Bu məqsədlə FETÖ-yə məxsus 966 şirkətə  və onlara məxsus 4888 əmlaka əl qoyulub.  Şirkətlərə məxsus əmlaklar  maliyyə nazirliyinə təhvil verilib. Bununla da terror təşkilatının iqtisadi dayaqları çökdürülüb”.
Təşkilatın əsas maliyyə təminatı Türkiyədən olub. Bununla da məktəblərdən, pul transferindən gələn gəlirlərin tamamilə qarşısı alınıb. Bu, təbii ki, kənardakı qaynaqlara da təsir edəcək. Ancaq FETÖ-nün  xaricdəki fəaliyyətinə hələlik lazımi səviyyədə təsir edə bilmirik”. 
Gununsesi.info