Yanğın ABŞ-ı cənginə aldı: 1500-ə yaxın tikili təhlükədə

  • Müəllif: admin
  • 20 İyul 2017 21:19

yangin-mese
ABŞ-ın Kaliforniya ştatında günlərdir davam edən meşə yanğınının miqyası genişlənib.

Gununsesi.info xəbər verir ki, təbii fəlakət artıq 18 min hektar meşə sahəsini əhatə edir. Yanğın nəticəsində elektrik və su təchizatında problemlər yaranıb, 1500-ə yaxın tikili yanma təhlükəsi ilə üzləşib. Minlərlə sakin evini tərk etməli olub. Alovla mübarizəyə iki mindən çox yanğınsöndürən cəlb edilib.

Gununsesi.info