
Rusların Xəzər dənizindəki donanmasının dəniz piyada qoşunları hərbi təlimlər zmanaı paraşutlardan tullanma və hədəfləri necə ələ keçirməklə bağlı təlimlər keçib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Cənub dairəsinin mətbut xidmətinin rəisi, polkovnik Vadim Astafyev deyib.
Onun sözlərinə görə, daniş piyada qoşunları ilk dəfə olaraq 1300 metr yüksəklikdən paraşutdan tullanıblar.
“ Təlimlər çərçivəsində mobilizasiya edilən desant-hücum rotasının təlimləri zamanı ilk dəfə dəniz piyadaçıları 1300 metr hündürlükdən tullanma hərəkətlərini həyata keçiriblər. Desantçılar və hərbçilər bu hərəkətləri AN-26 təyyarəsi və Mİ-8 vertolyotlarından tam döyüş hazırlığı səviyyəsində 600 metrdən 1500 metr yüksəklik səviyyəsində tullanmaqla icra ediblər”- deyə, V. Astafyev bildirib.
O deyib ki, mobilizasiyada 200-dən artıq desatn-şturman iştirak edib. Onlar təlimlərdə havadən hədəfə atəş açmaq və müasir silahlardan istifadə qaydalarını öyrəniblər.
Gununsesi.info











