Ərdoğan İstanbulda: “Bəsdir, bu qədər xəyanət! -Bədəlini çox ağır ödəyəcəklər

  • Müəllif: admin
  • 16 İyul 2016 08:04

erdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəqiqələrdə İstanbul aeroportuna çatıb. Gununsesi.info-nun məlumatına görə, prezident minlərlə tərəfdarları qarşısında çıxış edib. Ərdoğan çevrilişçi qüvvələri xəyanətdə günahlandıraraq təslim olmağa çağırıb. Ərdoğan deyib ki, İstanbula gəlməzdən əvvəl Marmarisdə idi: “Mən oradan çıxdıqdan sonra oraları da bombalayıblar. Mənim hələ də orda olduğunu fikirləşirdilər.”

Prezident deyib ki, çevrilişə cəhd edən hərbçilər baş katibi aparıblar. Ərdoğan hazırda ondan xəbər ala bilmədiyini deyib.

Onun sözlərinə görə, hazırda həmin hərbçilərə qarşı əməliyyatlar davam edir, həbs edilənlər var və bu əməliyyatlar sonuna qədər davam edəcək.

“Millətin silahı ilə milləti vururlar”, -deyən Ərdoğan bildirib ki, bu çevrilişə cəhdin Türiyə üçün böyük faydası olacaq.

“Çünki Türkiyə Silahlı Qüvvələrində olan xainlər üzə çıxdı. Hamısı bir-bir təmizlənəcək. Bədəlini çox ağır ödəyəcəklər”, – Ərdoğan bildirib.