
Bakı polisindən metroda xuliqanlıq edən şəxslə bağlı açıqlama verilib.
Axar.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilir ki, iyulun 26-da Bakı metrosunun “28 May” stansiyasında Şamaxı rayonunda qeydiyyatda olan vətəndaş Muradov Əhməd Zakir oğlu sərxoş vəziyyətdə xırda xuliqanlıq edib və ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirib.
Bu hadisə bəzi internet saytlarında təhrif edilmiş şəkildə verilib. Bununla əlaqədar bildiririk ki, həmin şəxs Bakı şəhər Metropolitendə Polis şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanı pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub, AR CM-in müvafiq maddəsinə uyğun olaraq cərimə edilib.
Gununsesi.info










