
Türkiyə Hava Qüvvələrinin sabiq komandanı, ordu generali Akın Öztürk və Quru Qüvvələri, Təhsil və Doktrina Komandanlığı, Xəbərləşmə və Dəstək Təhsili Komandiri general-leytenant Mətin İyidil haqqında vətənə xəyanət maddəsiylə cinayət işi başlanıb. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Fətullahçı Terror Təşkilatına mənsub hərbiçilərin hərbi çevrilişə cəhdinin qarşısının alınmasından sonra başlayan dindirilmələr çərçivəsində Türkiyənin paytaxtında 300 hərbiçinin ardınca FTT-nın üzvü Türkiyə Silahlı Qüvvələrinin generalları göz altına alınıb. Ankara Baş Prokurorluğunun apardığı dindirilmə zamanı Türkiyənin Hava Qüvvələrinin sabiq komandanı, Ali Hərbi Şuranın üzvü, ordu generali Akın Öztürk və Xəbərləşmə və Dəstək Təhsili Komandiri general-leytenant Mətin İyidil vətənə xəyanətdə ittiham ediliblər. Bu gün generallar məhkəmə qarşısına çixarılacaqlar.
Gülnaz Qənbərli











