
Azərbaycanın şimal-qrəb bölgəsində meşə yanğını baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, meşə yanğını Şəki raonu ərazində qeydə alınıb. İlkin məlumata əsasən, Şəki rayonu, Biləcik kəndində meşə zolağında kol-kos və quru ot yanır.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.
Gununsesi.info












