
Bu gün daha iki nəfər dənizdə batıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1800 m aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər 1967-ci il təvəllüdlü Mübariz Əliyev Cavad oğlunun cəsədi batdığı yerdən 700 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:11-də başa çatıb.
Digər faciəvi hadisə isə Xəzər rayonu ərazisində ba. Verib. Belə ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və kimliyi məlum olmayan 1 kişinin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info












