1 nəfər kanalda batdı - İMİŞLİDƏ

  • Müəllif: admin
  • 06 Avqust 2017 09:01

fhn-3

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, İmişli rayonu, Çaxırlı kəndində 1 nəfərin kanalda çimərkən batması barədə məlumat daxil olub.

 Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək.

Gununsesi.info