Dubayda daha bir göydələn yandı

  • Müəllif: admin
  • 06 Avqust 2017 18:00

dubay
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Tiger Tover” adlı göydələndə yanğın baş verib.

Axar.az xəbər verir ki, yanğınsöndürənlər bir neçə dəqiqə ərzində yanğını lokallaşdırmağı bacarıb.

Tüstülənmənin baş verdiyi anlarda sakinlər binadan çıxarılıb.

Lakin yanğının söndürülməsindən sonra onlar yenidən mənzillərinə qayıdıb.

İlkin məlumata görə, yanğın göydələnin sonuncu mərtəbəsindəki eyvanlardan birində baş verib.

Qeyd edək ki, Dubayda bir həftə ərzində artıq ikinci göydələndə yanğın hadisəsi baş verir.

Gununsesi.info