Başqırdıstanda “ailə dramı”: YANĞIN NƏTİCƏSİNDƏ BİR AİLƏNİN 9 ÜZVÜ YANARAQ ÖLDÜ

  • By admin
  • 07 Avqust 2017 07:25

yanan-ev-yangin-yanqin-yangin

Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

Gununses.info-nun APA -ya istinadən xəbərinə görə, bu barədə  Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlütova bildirib.

“Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb”- deyə, Y.Mavlütova qeyd edib.

Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Yanğının səbəbləri araşdırılır.

Gununsesi.info