
11 Saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Vəliyev Eldəniz Şəkər oğlu qeyri-insani rəftara məruz qalıb. Bu haqda Eldəniz Vəliyevin yaxınları mətbuata məlumat verib.
Gununsesi.info olaraq E.Vəliyevə işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalmasının səbəblərini öyrənmək məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanladıq.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya bildirilib ki, günün sonuna kimi sorğuya rəsmi qaydada cavab veriləcək. Amma təəssüflər olsun ki, sorğuya çavab verilməyib.
Məlumata görə, ruhi xəstə olan E.Vəliyev heç bir səbəb olmadan kamera tipli otağa köçürülüb. Artıq bir neçə gündür işgəncələrə məruz qalan məhbus ailə üzvüləri ilə əlaqə saxlaya bilmir.
Qeyd edək ki, məhbusun valideynlərinin bildirdiyinə görə, E.Vəliyevin Penitensiar Xidmətə məxsus olan şəxsi elektron hesabında da, onun ruhi xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat yerləşdirilib.
Gununsesi.info












