Yunanıstan DESFA ilə bağlı yenidən tender elan edib

  • Müəllif: admin
  • 08 Avqust 2017 12:43

48
Yunanıstan, ölkənin qaz operatoru DESFA-nın səhmlərinin satılması ilə bağlı yenidən tender elan edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fondu (TAIPED) məlumat yayıb.

Belə ki, hazırda İtaliyanın “Snam”, Belçikanın “Fluxys”, Hollandayanın “Gasunie”, İspanyanın “Enagas” şirkətləri ilə yanaşı, adları açıqlanmayan daha iki şirkət, DESFA-ın səhmlərinin 66%-nin satın almaq niyyətindədir.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. Hazırda İtaliyanın “Snam” şirkəti 17%-in alınmasında maraqlıdır.

Anar
Gununsesi.info