Oğurluğa görə tutulan şəxsin digər cinayət əməlləri də müəyyən edilib

  • Müəllif: admin
  • 08 Avqust 2017 13:27

qandal-qolda

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin 3 avtomobildən akkumulyatorlar oğurladığı da müəyyən edilib.  

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ramal Qəhrəmanovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 38-ci polisbölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyulun 13-dən 30-dək olan müddətdə Sahil qəsəbəsi ərazisində “MAZ”, “MAN” və “KamAz” markalı 3 avtomobildən akkumulyatorlarını oğurlamaları da müəyyən edilib.

Anar

Gununsesi.info