
200 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 8-də rayon ərazisindəki evlərdən birindən 200 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Zamin Məlikov tutulub.
Anar
Gununsesi.info










