Piyadanı vuran sürücü tutulub

  • Müəllif: admin
  • 11 Avqust 2017 13:00

piyada_olumu_4777

Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində piyadanı vuran “Opel” markalı avtomobilin sürücüsü saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 4-də saat 1.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı qadın vurulub. Qadın xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarət alan şəxsin Salyan rayon sakini Təranə Hüseynova olması müəyyən edilib.

Hadisənin “Opel” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini İlham Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Anar

Gununsesi.info