İstanbulda İD əməliyyatı: "CANLI BOMBA" ŞÜBHƏLİSİ POLİSİ ÖLDÜRÜB

  • Müəllif: admin
  • 14 Avqust 2017 09:42

_97319402_f59685b6e734b008d1b975d688b23462

İstanbulda bir canlı bomba şübhəlisi polisə gətirildiyi zaman, bıçaqla bir polisi yaraladıqdan sonra hadisə yerində öldürülüb. Sinan Acar adlı polis məmuru xəstəxanaya aparılsa da, vəfat edib.

Gununsesi.info-nun Doğan İnformasiya Agentliyinə (DİA) istinadən verdiyi məlumata görə, bıçağın, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya aid olduğu deyilən şübhəlinin üzərində tapıldığını iddia edilir.

Anadolu Agentliyi (AA) canlı bomba olduğundan şübhələnilən şəxsin keçirilən bir İD əməliyyatı zamanı yaxalandığını bildirib.

Məlumata görə, hadisə şübhəlinin Vətən küçəsində yerləşən İstanbul Polis İdarəsinə gətirildiyi zaman baş verib.

İD şübhəsinin yaşı və ya kimliyi açıqlanmayıb

DİA Bakı vaxtilə saat 23:45-də baş verən hadisədən sonra Fateh və Aksaray rayonlarında əməliyyatlar keçirildiyini bildirib.

Bombalı aksiya hazırlığı etdiyi deyilən şübhəlinin yaşı və ya kimliyi ilə bağlı bir açıqlama verilməyib.

Prokuror Polis İdarəsi qarşısında baş verən hadisə ilə bağlı istintaqa başlayıb.

Gununsesi.info