Göyçay sakinindən marixuana və çətənə kolları aşkar edilərək götürülüb

  • Müəllif: admin
  • 14 Avqust 2017 12:06

marixuana

Göyçay rayon sakininə məxsus həyətyanı sahədən çətənə kolları, yaşadığı evdən isə marixuana aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində Qəbələ-Müşkürlü kənd sakini Firdovsi Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu, yaşadığı evdən isə 452 qram marixuana aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info