Bakıda kafedə kütləvi dava - ÖLƏN VƏ YARALILAR VAR

  • Müəllif: admin
  • 15 Avqust 2017 11:00

KUTLEVİDAVA

Bakıda qətl törədilib.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər – Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Gununsesi.info