
“1948 Fələstin İslami Hərəkatı”nın lideri şeyx Raid Salahi polislər tərəfindən saxlanılıb.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu haqda İsrail polisi məlumat yayıb.
Belə ki, İsrail polisi gecə saatlarında şeyx Raid Salahinin Ummul Fehim-dəki evinə basqın edərək, onu nəzarətə götürüblər.
Qeyd edək ki, şeyx Raid Salahi “təhrikedicilik və qeyri-qanuni dərnəyin fəaliyyətini dəstəkləməkdə” ittiham olunur.
Xatırladaq ki, İsrail 2015-ci ilin noyabrında Məscidi-i Əqsa və Şərq Qüdsün işğalının əleyhinə təbliğat apardığına görə, “1948 Fələstin İslami Hərəkatı”nın terror təşkilatı elan edilməsi barədə qərar qəbul edib.
Anar
Gununsesi.info











