
Avqustun 15-də Almaniyanın ikinci ən böyük hava yolu şirkəti “Air Berlin” iflas proseduruna başladığını bəyan edib.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu haqda “Air Berlin” aviaşirkəti məlumat yayıb.
Belə ki, “Air Berlin” 2008-ci ildən etibarən faktiki olaraq zərərlə işləyir. Ötən ili şirkət 780 milyon dollar zərərlə başa vurub.
İddalara görə, Almaniyanın ən böyük hava yolu “Lufthansa” aviaşirkəti “Air Berlin” bəzi hissələrini satın almaq istəyir.
Anar
Gununsesi.info









