Moskvada növbəti dəfə güclü yanğın baş verdi

  • Müəllif: admin
  • 17 Avqust 2017 08:27

moskva-yan

Rusiyanın paytaxtı Moskvada güclü yanğın hadisəsi baş verib.

Gununsesi.info Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə şəhərin şimalında, lak və boya məmulatları anbarında baş verib.

Alov təqribən 21 min kvadrat metr ərazini əhatə edib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisədən zərərçəkən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info