
Millət vəkili Musa Qasımlı Yardımlı rayonu Zəngələ kəndində seçicilərlə görüşüb.
Bu barədə Gununsesi.info-ya millət vəkilinin ofisindən məlumat verilib.
Bildirilib ki, millət vəkili Musa Qasımlı Yardımlı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ayaz Əsgərovla birlikdə avqustun 16-da rayonun Zəngələ kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib. Görüşdə millət vəkili Musa Qasımlı, rayon polis şöbəsinin rəisi Arif Babayev, idarə, müəsissə və təşkilat rəhbərləri, kənd sakiləri iştirak edib.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov və millət vəkili Musa Qasımlı kənd əhalisini salamlayaraq, bildiriblər ki, məqsədləri prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Çıxışlarda son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırılıb.
İcra başçısı sonda Zəngələ kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətləri çərçivəsində iş apardıqlarını, hansı kənd olmasından asılı olmayaraq imkanları daxilində olanların həllinə həmişə köməklik göstərildiyini vurğulayıb. Bundan başqa, qeyd olunub ki, tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
Görüşdə kənd sakiləri rayonda, eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Mürtəza
Gununsesi.info












