
Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib. Hadisə rayonun Lək kəndində baş verib.
Gununsesi.info report.az-a istinadən bildirir ki, kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur.
Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfldən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Bərdədə beyninə yığılan çirk 7 yaşlı uşağın ölümünə səbəb olub. 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlu xəstəxanada dünyasını dəyişib.
Bu barədə isə APA-nın Qarabağ bürosuna uşağın atası Şahin Hüseynov məlumat verib.
“Mənim uşağımı 3 ay əvvəl balaca küçük dişləmişdi. Heç qanamamışdı yarası. Üç gün əvvəl dişi ağrıdı, apardım həkimə. Həkim dedi ki, diş çirk edib çəkə bilmərəm. Evə gətirdikdən sonra uşaq bizdən xəbərsiz gedib mağazadan dondurma alıb yeyib. Gecə saatlarında uşağın bədən hərarəti 40 dərəcəyə catdı. Apardıq həkimə, həkim dedi gecikmisiniz, uşağın başına çirk yığılıb”- deyə, Ş.Hüseynov bildirib.
Gununsesi.info












