Bu ölkədə 9 nəfəri ildırım vurdu

  • Müəllif: admin
  • 19 Avqust 2017 18:33

yay_ildirim_1
Yaponiyada 9 nəfəri ildırım vurub.

Gununsesi.info xəbər verir ki, paytaxt Tokioda parkların birində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Xəsarət alanların həyati təhlükəsi yoxdur.

İldırım elektrik qatarlarının da hərəkətinə təsir edib.

Bir neçə saat davam edən fırtına və şimşək çaxması səbəbilə Tokioda ən böyük və populyar festivallardan biri olan Tama çayı üzərindəki atəşfəşanlıq festivalı təxirə salınıb.

Gununsesi.info