Avtomobil müştərilərin üzərinə sürüldü - AZI 7 YARALI

  • Müəllif: admin
  • 19 Avqust 2017 22:16

sekiljpg

Avstraliyanın Sidney şəhərində naməlum şəxs avtomobili müştərilərin üzərinə sürüb.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, insident “Chatswood Mall” ticarət mərkəzində qeydə alınıb.

Məlumata əsasən hadisə nəticəsində biri körpə olmaqla 7 nəfər xəsarət alıb.

Polis faktı bədbəxt hadisə kimi qiymətləndirib. Artıq avtomobilin sürücüsü tutulub və ifadəsi alınıb.

Gununsesi.info