
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş başlayıb.
Report xəbər verir ki, görüşdə V. Putin iki ölkə arasında intensiv dialoq və qarşılıqlı əməkdaşlığın mövcüd oldugunu bildirib.
Rusiyanın prezidenti qeyd edib ki, danışıqıar zamanı tərəflər bir sıra ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Gözlənilir ki, iki ölkə lideri Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin bu ilin martında Ermənistan prezidentinin Rusiyaya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırmasının gedişini nəzər salacaqlar. Danışıqlar zamanı ölkə başçıları ən mühüm beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, bundan əvvəl Sərkisyan və Putin Moskvada martın ortalarında görüşüblər.
Gununsesi.info












