
Avqustun 26-da Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” elit eskadrilyası ilk dəfə Rusiyada aviaşou təşkil edəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, artıq Türkiyə Silahlı Qüvvələrinə aid 8 ədəd “F-5” təyyarə Moskvanın Kubinka hava limanındadır.
Türkiyə Silahlı Qüvvələrinin “Türk ulduzları” elit eskadrilyası “Ordu-2017” sərgi-forumu çərçivəsində Rusiya səmasında gözəl təyyarə şousu nümayiş etdirəcək.
Anar
Gununsesi.info












