
Xətai rayonu ərazisindəki evlərin birindən hərbi sursat götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 25-də Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci PB-yə müraciət edərək ərinin onu ölümlə hədələməsini və yaşadıqları evdə sursat saxlamasını bildirib.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdşaları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info










