
Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Bəcirəvan kəndindən keçən hissəsinə VAZ markalı minik avtomobili düşüb.
Gununsesi.info FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Kanala düşən maşının və sürücünün axtarışları başlayıb.
***
Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki uşaq boğulub.
APA verir ki, Bərdə rayon Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb.
A. Abdullayev sudan çıxa bilsə də, avtomobildə olan nəvələri boğulub.
10 və 11 yaşında oğlanların axtarışı aparılır.
Ağcabədidə yaşayan nəvələrin Bərdə rayonuna – babalarıgilə qonaq gəldiyi bildirilir.
***
Bərdədə Yuxarı Qarabağ kanalında batan qardaşlardan birinin meyiti Ağcabədidə tapılıb.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Bəcirəvan kəndi ərazisində “VAZ 21011” markalı maşının kanala düşməsi nəticəsində boğulan qardaşlardan 11 yaşlı Asif Əsədovun meyiti hadisənin baş verdiyi yerdən 25 km aralıda – Ağcabədi rayonunun “4 Yol” adlanan ərazisində sudan çıxarılıb.
Meyit ailəyə təhvil verilib.
Hazırda Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri digər qardaşın – 13 yaşlı Mirələm Əsədovun meyitini tapılması istiqamətində əməliyyat axtarış tədbirlərin i davam etdirirlər.
Gununsesi.info












