Corablarından iki bağlama heroin çıxdı

  • Müəllif: admin
  • 30 Avqust 2017 10:46

heroin_390

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın ayağındakı corabların içəri alt hissəsində 2 ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 137,471 qram təşkil edən narkotik vasitə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info