
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın Rusiya Prezidenti Vladimir Putinin kürsüsündə oturması barədə yayılan iddialara münasibət bildirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə açıqlama verən Kreml sözçüsü Dmitri Peskov belə bir şeyin olmadığını söyləyib.
Qeyd edək ki, amerikalı iş adamı Feliks Sater 2006-ci ildə Trampın qızı İvanka və digər uşaqları ilə birlikdə Moskvaya etdiyi səfər zamanı İvankanın Putinin Kremldəki otağında olan kürsüyə əyləşdiyini deyib. İvanka Tramp da “Nyu York Tayms”a verdiyi açıqlamada keçmişdə belə bir şey olduğunu, ancaq bu barədə nəsə xatırlamadığını bildirib.
Gununsesi.info












