Bakıda gəlin maşını piyadanı vuraraq öldürüb

  • Müəllif: admin
  • 03 Sentyabr 2017 10:40

qeza_0235
Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info