
Kürdəmir rayonu, Qarabucaq kəndində ümumi sahəsi 50 m2 olan kafenin taxtadan ibarət tavanı 8 m2 sahədə yanıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












