Əminə Ərdoğan Banqladeşdə səfərdədir - FOTO 

  • Müəllif: admin
  • 07 Sentyabr 2017 11:42

03

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Banqladeşə səfər edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əminə Ərdoğanı oğlu Bilal Ərdoğan, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya və Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Ravza Kavakcı müşaiyət edirlər.

Belə ki, Əminə Ərdoğanın başçılıq etdiyi geniş tərkibli nümayədə heyətinin tərkibində Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serdar Çam, Türkiyənin Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu, Qızıl Ay humanitar təşkilatın baş direktoru İbrahim Altan və digər şəxslər yer alır.

Qeyd edək ki, Əminə Ərdoğanın başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti səfər çərçivəsində Banqladeşə sığınmaq məcburiyyətində qalan Arakanlı müsəlmanların məskunlaşdıqları Kutu Palonq çadır düşərgəsini ziyarət edəcəklər. Həmçinin Arakanda baş verən məlun hadisələr barədə məlumat toplayacaqlar və onlara lazımi köməklik göstərəcəklər.

Anar

Gununsesi.info