Bakıda uşaq bağçasında faciə - TƏRBİYƏÇİ ÖLDÜ

  • Müəllif: admin
  • 07 Sentyabr 2017 11:47

0a7db0d8c2ac6d41d7e198f5eb12709e

Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.

Gununsesi.info