
Qəbələdə güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşmış ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görüblər.
Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb.
Əməliyyat saat 16:20-də başa çatıb.
Gununsesi.info












