Bakıda qadının evindən 35 min manat apardılar

  • Müəllif: admin
  • 10 Sentyabr 2017 19:33

pul-2
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Lent.az xəbər verir ki, Yasamal rayonu Zivərbəy Əhmədov küçəsi 28-də yaşayan Əzizova Fəridə Şıxməmməd qızı polisə müraciət edərək bildirib ki, evindən 35 min manat oğurlanıb. Qadın qeyd edib ki, sentyabrın 4-6-da evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər mənzilə soxularaq oğurluq edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info