
5 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sentyabrın 10-da Balakən rayonunun Qullar kəndinin otlaq sahəsində Tülü kənd sakinləri Tükəzban Xəlilovaya və Əlixan Çukqurayevə məxsus 5 baş inək oğurlanıb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil İbrahimov tutulub.
Anar
Gununsesi.info










