
İngiltərəli müğənni və model Keti Prays 4 ildir evli olduğu əri Kiren Haylerdən boşanır.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Kirenin Ketiyə xəyanət etməsi olub.
Müğənni ərini evdə hamam otağında dayə ilə birlikdə görüdkdən sonra onunla yollarını ayırmaq qərarına gəlib.
Qeyd edək ki, 40 yaşlı model 5 uşaq anasıdır.
Gununsesi.info












