40 nəfər dağıntıların altında qalıb - MEKSİKADA

  • Müəllif: admin
  • 26 Sentyabr 2017 08:20

meksika_earfquake_210917

Meksikada zəlzələdən sonra dağılan binaların dağıntıları altında hələdə azı 40 nəfər qalır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Mexiko şəhərinin meri Migel Anxel Mansera bildirib.

Onun sözlərinə görə, hazırda dağıntılar altında qalanların yaşadıqları və ya öldükləri barədə məlumat yoxdur.

Qeyd edək ki, 7,1 bal gücündə olan zəlzələ sentyabrın 19-u baş verib. Təbii fəlakət nəticəsində son məlumatlara əsasən, 325 nəfər həlak olub.

Gununsesi.info