PKK üzvləri avtobusu atəşə tutdu - 3 ÖLÜ, 6 YARALI

  • Müəllif: admin
  • 26 Sentyabr 2017 08:30

pkk1

Türkiyənin Ağrı vilayətinin Döğubəyazid qəsəbəsində terrorçular mikroavtobusu atəşə tutublar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 adam yaralanıb.

Mikroavtobus Türkiyə ərazisinə qaçaq yolla keçən əcnəbiləri daşıyırmış. Nəqliyyat vasitəsi PKK terrorçuları tərəfindən saxlanılıb. Terrorçular mikroavtobusun sərnişinlərinə atəş açıblar.

Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Sürücü və digər sərnişinlər qaça biliblər. Onlardan 6-sı polis əməkdaşları tərəfindən saxlanılıb. Qanunsuz miqrantlar bildiriblər ki, mikroavtobusda 20 nəfər olub. Polis qaçan digər miqrantları axtarır.

Gununsesi.info