İrandan gələn Azərbaycan vətəndaşında narkotik maddə aşkarlanıb.
Bu barədə Gununsesi.info-ya Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib.
Belə ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Azərbaycan vətəndaşının daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 7 208 qram olan narkotik vasitə heroin aşkar edərək götürüb.
Gununsesi.info









