Məşhur cütlüyün boşanmasına xəyanət səbəb olub

  • Müəllif: admin
  • 30 Sentyabr 2017 18:19

134896_y74mzf84jk
Aktrisa Hazal Filiz Küçükkose və Tuan Tunalı cütlüyünün ayrılması ilə bağlı yeni iddia ortaya çıxıb.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hazalın “Rüya” serialındakı tərəf müqabili ilə arasında eşq başlayıb. Buna görə də əri boşanmaq üçün məhkəməyə müraciət edib.

Tuanın vəkili mediaya açıqlamasında “Tərəflər arasındakı məhkəmə davam edir. Hər iki tərəfin ailə sirləri ilə bağlı heç bir xəbər yaymırıq. Məlumatlar yayılması isə normaldır” deyib.

Tunalı isə heç bir sualları cavablandırmayaraq, məhkəmədə danışacağını söyləyib.

Gununsesi.info