İŞİD-in sonuncu ən böyük dayaq məntəqəsi terrorçulardan azad edildi

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 11:54

1660377_940x531

İraq ordusu Kərkük ətrafındakı Havica qəsəbəsini İŞİD terrorçularından azad etdiyini bəyan edib.

Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, İraq rəsmilərinin verdiyi xəbərə əsasən 2014-cü ildən İŞİD terrorçularının əlində olan Havica da indiyədək 196 terrorçu öldürülüb.

Havica İŞİD terrorçularının əlində olan sonuncu ən böyük yaşayış məntəqəsi idi. Bu əməliyyatdan sonra  terroçular İraqın şimalında Suriya ilə sərhəddə kiçik bir bölgəyə sıxışıblar.

İraq ordusunun son bir il ərzində İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində Mosul, Telafer kimi  şəhərlər terrorçulardan azad edilib.

Havica əməliyyatına İraq ordusuna şiə ordu dəstəsi olan Haşdı Şabi də yardım edib.

Gununsesi.info