Gürcüstanda azərbaycanlı külli miqdarda narkotik vasitə ilə saxlanılıb

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 12:00

heroin-300x225

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin Kirəcmuğanlı kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.  

Gununsesi.info xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən saxlanılan 1962-ci il təvəllüdlü K.A. adlı şəxsin üzərində 2,2815 qramı heroin olmaqla, 18,2484 qram narkotik vasitə aşkar olunub. 

Saxlanılan şəxs günahını etiraf edib. Faktla bağlı cinayət işi açılıb. 

Gununsesi.info