
“Sosial media vasitəsi ilə kişilərdən çoxsaylı təkliflər alıram. Bu daha çox evlilik təklifidir. Amma heç bir təklifi indiyədək dəyərləndirmədim. Ancaq onu deyə bilərəm ki, istər kişi, istərsə də qadın olsun, xəyallarında olmaq gözəl bir duyğudur”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri gənc aktrisa Burse Narcı “Posta” qəzetinə açıqlamasında deyib.
Burse Narcı son illərdə Türkiyədə məşhurlaşan aktrisalardan biridir.
“Heç zaman çılpaq soyunmaram”
İstər şəxsi həyatı, istərsə də yaradıcılığı ilə bağlı sualları cavablandıran Burse Narcı deyib ki, filmlərdə çılpaq rol almağın əleyhinədir: “Əsla soyunmaram. Bədənimin tamamən görünməsini istəmirəm. Hər şeyin bir sərhədinin olmasını istəyirəm”.
Şəxsi həyatı və sevgi dünyasından danışan aktrisa sevgi məsələsində həddən artıq qısqanc olduğunu dilə gətirib: “Bütün bunlara rəğmən, qadınam və qarşıdakı bir neçə ildə ana olmalıyam”.
“Sevgidə aldatmağı, yalanı bağışlamaram”
“Evlənmədən övladınız dünyaya gələ bilərmi?” sualına gəldikdə aktrisa “Xeyr” deyə cavab verib: “Evlənmək istəyirəmsə deməli, övlad dünyaya gətirmək üçün evlənərəm. Nigah olmadan da bir kişi ilə yaşaya bilərəm, ancaq övlad dünyaya gətirmək üçün bu mütləq lazımdır. Bu zaman aldatmağı və yalanı heç zaman bağışlamaram”.
“Mütləq bir kişi tapacam”
Bəyəndiyi kişi qarşısına çıxmadığı halda övlad dünyaya gətirmək üçün sperma bankından istifadə edilməsinə gəldikdə aktrisa bunu istisna etməyib: “Əgər bəyəndiyim birisi ilə ailə qura bilməsən, bu barədə düşünə bilərəm. Çünki sperma bankındakı fotolardan övladının ata namizədini seçmək mümkündür. Bir də mən evlənəcəyim kişini tapacağam, evdə qalası bir deyiləm”.
“Sevdiyim kişini xoşbəxt etməyi bacaran birisiyəm”
Aktrisa əlavə edib ki, aşiq olduğu kişini xoşbəxt edə bilər: “Adamları özümə bağlamaq qabliyyətim var və bu da insanlarla uzunmüddətli əlaqələrimizə yardım edir. Sanki məndə bir tilsim var. Digər bir şeyi də deyim ki, heç də asan aşiq olan birisi deyiləm. Ancaq zəki, dolğun, sahiblənməyi bacaran birisinə aşiq ola bilərəm. Bununla belə onu da deyim ki, hər hansı kişi üçün karyeramdan da çəkiləsi deyiləm”.
“Həddən artıq qısqanc olan anlarım olur”
Sevdiyi kişiyə münasibətə gəldikdə isə B.Narcı deyib ki, qarşısındakını xoşbəxt etməyə çalışan birisidir: “Kişinin telefonunu qarışdırmaq kimi bir xasiyyətim yoxdur. Onu təqib etmərəm. Sadəcə məni çox sevsin. Onu da deyim ki, bəzən ağlagəlməz dərəcədə qısqanc oluram”.

Gununsesi.info












