“Sevgilimi əlimdən aldı” - ABBAS BAĞIROVDAN ŞOK İTTİHAMLAR

  • Müəllif: admin
  • 09 Oktyabr 2017 18:00
59db8041742b1_abbas_bagirov_01247
Tanınmış prodüser Sultan Mustafayevlə Əməkdar artist Abbas Bağırov arasında qalmaqal yaranıb. A.Bağırovun Sultanı sosial şəbəkədə əngəlləməsi qarşı tərəfi əsəbiləşdirib.
Gununsesi.info yenicag.az-a istinadən xəbər verir ki, prodüser müğənninin ünvanına sərt ittihamlar səsləndirib.
“2015-ci ildə Abbas mənim sevgilimi əlimdən aldı və indiyə qədər də onunla danışmıram. Eks-sevgilimin baş hərfi “Z”dir, məşhur insandır. Abbas bir nəfərlə mənə ultimatum göndərib ki, səhifəmə girməsin, onu “blok”a atmışam. Belə, cəhənnəmə at”.
Prodüser Abbasa çağırış edərək, onu hədələyib: “Bakı balaca şəhərdir. Hamı bilir, kim kimdir. Sən kimin hesabına bu gün varlı-pullu olmusan, məlumdur. Ağzını yum, otur yerində. Elə etmə ki, keçmiş sevgilimin adını və kimliyini açıqlayım”.

Gununsesi.info