“ARB Kəpəz”dəki postundan uzaqlaşdırılan Fuad Cabbarov ATV-yə gətirilib - ONUN KANALIN YENİ VİTSE-PREZİDENTİ OLDUĞU DEYİLİR

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 13:12

1507589492_atvyenivp

Fuad Cabbarovun ATV-nin vitse-prezidenti postuna gətirilməsi barədə məlumatllar yayılmaqdadır. Qeyd olunur ki, bu vəzifəyə bir neçə gün öncə “ARB Kəpəz”dəki postundan uzaqlaşdırılan Fuad Cabbarov gətirilib.

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasından (ATV) Gununsesi.info-ya bildirilib ki, FuadCabbarov ATV-də fəaliyyətə başlasa da, onun hələlik konkret olaraq hansı vəzifəni daşıyacağı bəlli deyil.

“Onun vitse-prezident olub-olmayacağı barədə heç kim hər hansı bilgiyə malik deyil”- deyə ATV-dən bildirilib.

Qeyd edək ki, ATV-də rəhbərliyin dəyişdirilməsindən sonra kanaldakı digər vitse-prezident vəzifəsini Vaqif Aydınoğlu icra edir.

Gununsesi.info